“Toyu dağıtmaq doğru hərəkət deyil” – Hadı Rəcəbli
Bizi izləyin

Qırmızı.az

“Toyu dağıtmaq doğru hərəkət deyil” – Hadı Rəcəbli

“Erkən nikahların qarşısı toya qədər alınmalıdır. Toyu dağıtmaq doğru hərəkət deyil”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

Komitə sədri toyu dağıtmağın əleyhinə olduğunu söyləyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda 88 min nəfər nikaha girən insan var ki, onun da 5 min nəfərinin 18 yaşı var.

H.Rəcəbli deyib: “Biz erkən nikahın əleyhinəyik. Bu cür qanunsuz addımlar atılanda ictimai qınağa səbəb olmalıdır. Bu məsələ ilə bağlı ölkə qanunvericiliyində bir sıra istisnalar mövcuddur. Bu istisnalarla da vəziyyətdən çıxmaq olar. Ancaq qanunvericilikdə erkən yaşlı uşaqları nikaha sövq edən valideynlərin belə cəzalandırılması nəzərdə tutulub. Lakin təkcə cəza məsələnin həlli yolu deyil. Cəzanı sərtləşdirməklə bunun qarşısını almaq olmaz. Bunun üçün Azərbaycanın qeyri-hökumət təşkilatları, dini qurumlar, bələdiyyələr və yerli icra orqanları ciddi fəaliyyət göstərməlidir. Bu qurumların hamısı birləşib birgə iş aparmalıdır. Çünki hər hansı kənddə toy olanda bunu hər kəs bilir. Kənd ağsaqqalları da erkən nikahın əleyhinə olmalıdır. Bu cür üsullarla problemin qarşısını daha tez olmaq olar”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm