Dələduz bank işçisi azadlığa buraxıldı
Bizi izləyin

Qırmızı.az

Dələduz bank işçisi azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “AccessBank” QSC-nin “20 yanvar” filialının kredit mütəxəssisi Kamal Fərəcovun və onun tanışı Vüqar Rəhimovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, təqsirləndirilən şəxslər 2009-2010-cu illər ərzində ödəniş qabiliyyətləri olmayan ayrı-ayrı şəxsləri müştəri kimi cəlb edərək, maliyyə təhlili aparmadan onların adlarına kreditin verilməsi üçün zəruri olan sənədləri və məlumatları saxtalaşdırıblar.

Habelə faktiki baxış keçirilmədən uydurma dövriyyə vəsaitlərini, ev əşyalarını kredit təminatı kimi girov qismində sənədləşdirmə yolu ilə 59 nəfərin adına ümumilikdə 108 min 640 manat məbləğində pulu kredit kimi götürüblər. Həmin pulu ələ keçirən təqsirləndirilən şəxslər cəmiyyətə külli miqdarda ziyan vurublar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. Həyata keçirilmiş tədbirlər nəticəsində cinayət işi üzrə müəyyən olunmuş ziyanın bir qisminin təqsirləndirilən şəxslər tərəfindən ödətdirilməsi təmin olunub.

Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və onlara şərti cəza təyin olunub. Hər iki təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm