Bakıda zəncirvari qəza: xəsarət alanlar var - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda zəncirvari qəza: xəsarət alanlar var - FOTOLAR

Bakının Nobel prospektində yol qəzası baş verib, xəsarət alanlar var.

Nobel prospektinin Zığ qəsəbəsindən şəhər istiqamətinə gedən hissəsində, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) bir neçə metr aralıda zəncirvari yol qəzası baş verib.

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, Zığ istiqamətindən şəhərin mərkəzinə tərəf sürətlə hərəkət edən "Toyota Corolla" markalı avtomobil idarəetməni itirərək, yolun ortasındakı maneəni də aşaraq əks istiqamətli hərəkət zolağına çıxıb və nəticədə "Opel" markalı avtomobillə toqquşub. Daha sonra həmin yolla hərəkətdə olan "Mercedes" markalı avtomobil "Opel"lə toqquşmuş "Toyota Corolla"ya çırpılıb.
İlkin məlumata görə, qəza zamanı xəsarət alanlar var.

Baş vermiş qəza səbəbindən yolun Zığdan şəhərə gedən istiqamətində böyük tıxac yaranıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm