• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Gəncədə “Dil və Mədəniyyət” Festivalının zona turu keçirilib

Gəncədə “Dil və Mədəniyyət” Festivalının zona turu keçirilib

Bu gün Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyi Beynəlxalq Ana dili gününə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunan “Dil və Mədəniyyət” festivalı keçirib.

Festivalda Gəncə şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər Təşkilatının nümayəndələri, şəhər ziyalıları, təhsil işçiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Müsabiqədən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin müdiri Ramazan Tomay açılış nitqi ilə çıxış edib.

Məmməd Cəfərov, Rasim Əliyev, Sədrəddin Hüseynov, Aidə Həsənova münsiflər heyəti olaraq iştirak ediblər.

Şeir kateqoriyası üzrə Gəncə şəhər 38 saylı tam orta məktəbin şagirdi Nəzrin Allahverdiyeva xalq şairi Bəxtiyar Vahabzadənin “Anamın ölümünə” şeiri ilə, Ağstafa rayon Dağkəsəmən kənd 2 saylı orta məktəbin şagirdi Gülçin Bayramova xalq şairi Zəlimxan Yaqubun “Görən torpaq bilirmi qoynunda Heydər yatır”, Gəncə şəhər 25 saylı orta məktəbin şagirdi Nuranə Kazımzadə xalq şairi Qabilin “Azərbaycan əsgəri”, Ağstafa rayon 1 saylı orta məktəbin şagirdi Günel Bayramova Mikayıl Müşfiqin “Həyat sevgisi”, Gəncə şəhər 4 saylı orta məktəbin şagirdi Aytac Yusifli Zəlimxan Yaqubun “Vətən yaraları” şeiri ilə çıxış ediblər.

Mahnı kateqoriyası üzrə isə Gəncə şəhər 5 saylı musiqi məktəbinin şagirdi Müzəffər Yusifli “Mənim əzizlərim”, Qazax rayon Orta Salahlı kənd orta məktəbin şagirdi İsmət Şıxıyev “Çıx yaşıl düzə”, Gəncə şəhər 4 saylı musiqi məktəbinin şagirdi Cəlal İsayev “Gəncədən gəlirəm”, Fidan Məmmədova “Ölkəm”, Ağstafa rayon Dağkəsəmən kənd 2 saylı orta məktəbin şagirdi Elmir Quşçiyev “Azərbaycanım” mahnısını ifa ediblər.

Sonda qalib yerlər müəyyənləşdirildi və şeir kateqoriyası üzrə Nəzrin Allahverdiyeva, Bayramova Gülçin, Aytac Yusifli, mahnı kateqoriyası üzrə isə Müzəffər Yusifli, Fidan Məmmədova, Cəlal İsayev fərqlənərək, Gəncə şəhər Azərbaycan-Türkiyə Özəl Liseyi tərəfindən hədiyyələrlə təltif edildi.

Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin müdiri Ramazan Tomay festivalın keçirilməsinə göstərdiyi təşkilati dəstəyə görə Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyinə dərin minnətdarlığını bildirdi və YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyevə plaket təqdim etdi.

Qeyd edək ki, Ana dilimizi sevək, sevdirək müsabiqəsi 2003-cü ildən Çağ Öyrətim İşlətmələri Şirkətinin ənənəvi olaraq təşkil etdiyi layihələrdən biridir. Respublika səviyyəsində yüzlərlə şagirdin iştirak etdiyi bu müsabiqə 8 kateqoriya-şeir, mahnı, qrammatika, inşa, veb sayt, ölkəşünaslıq, çalğı alətləri üzrə keçirilir.

“Yeni Gəncə” qəzeti

Xəbər lenti

DAHA ÇOX XƏBƏR