Dəmiryolçular aclığa başladı
Bizi izləyin

Qırmızı.az

Dəmiryolçular aclığa başladı

Aclıq aksiyası “Azərbaycan Dəmir Yolları” QSC-nin qarşısında keçirilir.Aksiyaçıların əsas tələbi MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılmaları, yerlərinə, beynəlxalq xətlərə qadın bələdçilərin yerləşdirilməsidir.

Bu gün səhər saatlarından etibarən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) işdən çıxarılan 100-dən çox kişi bələdçiləri aclıq aksiyasına başlayıb.

Publika.Az-ın məlumatına görə, aclıq aksiyası “Azərbaycan Dəmir Yolları” QSC-nin qarşısında keçirilir.Aksiyaçıların əsas tələbi MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılmaları, yerlərinə, beynəlxalq xətlərə qadın bələdçilərin yerləşdirilməsidir. Onlar əvvəlki işlərinə qaytarılmalarını tələb edirlər.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC etiraz edən kişi bələdçiləri qanunsuz yükləri daşımaqda suçlamışdı. “Kişi bələdçilərin sərnişinlərə göstərdikləri xidmət səviyyəsinin aşağı olması, sərnişinlərin bu haqda şikayətlər etməsi bizə əsas verir ki, lazımi tədbirlər görək. Bundan əlavə, onların ölkə xaricinə səfərlər zamanı, ölkəyə gətirilməsi qadağan olunan məhsulların vaqonlarda yaratdıqları gizli bölmələrdə ölkəyə keçirmələri aşkar olunur. Hətta narkotik maddələr belə keçirmək istəyənlər olub ki, onları da hüquq-mühafizə orqanları aşkarlayıb və o şəxslər hazırda həbsdədir. Bu kimi mənfi halların baş verməsi bizim qadın bələdçilərin xidmətindən istifadə etməkdə nə qədər doğru seçim etdiyimizi göstərir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm