• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Alov qüllələri” belə təmizlənir - VİDEO

“Alov qüllələri” belə təmizlənir - VİDEO

İyunun 15-də Milli Qəhrəman Çingiz Mustafayevin ölüm günündə məzarı başına toplaşmışdıq.

Şəhidlər Xiyabanından çıxanda gözümüzə günəşin işıqlarını əks etdirən “Alov qüllələri” dəydi. Amma günəş şüaları qüllənin çirkini üzə çıxarırdı. Həmin gündən başlayaraq bu mövzunu araşdırmağa başladıq. Bina təmizləyənlər bu gün sabah müsahibə verəcəklərinə söz versələr də etmədilər. Əksinə bu gün səhər “Alov qüllələri”nin təmizlənildiyini gördük. Bizim istəyimiz də elə bu idi.

Başı buluddan nəm çəkən “Alov qüllələri” hər gün burdan keçəndə bu cür binaların necə təmizləndiyi haqda düşünürəm. Və asan təmizlənmədiyi qənaətinə gəldiyimdəndir ki, “Alov qüllələri”nin alov dilimi kimi işıq saçmaması, boz-bulanıq görkəmi məndə heç bir təəccüb doğurmur.

Əksinə, təəccüb doğuran belə nəhəng tikililərin təmizlənməsi mexanizmidir. Hansı ki, dünyada bu cür təcrübələr çox və heyrətləndiricidir. Məsələn, bu kadrlar İngitltərədə Avropa İttifaqının ən böyük binası olan “Şard” göydələnin pəncərələrinin yuyulması kadrlarıdır. 308 metr hündürlüyü olan “Şard”ın tikintisində 11 min pəncərədən istifadə olunub. Pəncərələrin silinməsi nadir hadisə olmasa da, hər halda diqqət çəkir. Kadrlardan da görünür ki, adamlar bu prosesi maraqla izləyir, telefonların yaddaşına köçürürlər.

Və yaxud, Dubayda smeta dəyəri 4,1 milyard dollar olan və 2004-cü ildə inşa edilən “Bürc Xəlifə”nin təmizlənməsi prosesi də çoxlu pul və zəhmət tələb edir. Təsəvvür edin, 36 fəhlə dayanmadan 3 ay ərzində “Bürc Xəlifə”nin şüşələrini silir. Burda pəncərələrin sayı daha çoxdur. Nə az, nə çox, 24 min ədəddir. Yəni, “Alov qüllələri”ndəki pəncərələrin sayından az qala iki dəfə artıq. Yəqin, bilməmiş deyilsiniz ki, “Alov qüllələri”nin tikintisində 11500 şüşədən istifadə olunub. Buna rəğmən, bizim “Alov qüllələri”miz “Bürc Xəlifə” kimi par-par parıldamır. Aydın məsələdir ki, proses heç də sadə deyil. Məsələn, “Bürc Xəlifə”nin pəncərələrinin silinməsində iştirak edən “BBC”nin müxbiri belə deyir.

“Binanı təmizləyərkən əsas şərtlərdən biri yerin cazibə qüvvəsini, sonra isə küləyi nəzərə almaqdır. Külək istənilən halda işi çətinləşdirə bilər. Yəni səni şüşəyə çırpa da bilər, yıxılmaq təhlükəni artıra da bilər”.

Hündürlüyü 190 metr olan, tikintisinə 350 milyon dollar xərclənən “Alov qüllələri” də vaxtaşırı təmizlənir. Hər halda, aradabir həyatı ilə risk edən adamların bu binadan sallandığını görürük. Amma onların gördükləri iş nədənsə, “Alov qüllələri”ni türklər demiş, aləv-aləv etmir. Niyəsini pəncərə silən bu cavan oğlandan öyrənmək istədik.

Bu yerdə xatırladım ki, binanın fasadı 70 min kvadratmetr sahədə şüşə ilə örtülüb. Bu boyda ərazi üçün əlbəttə, 5 nəfər çox az qüvvədir. Onların bu ağır işin müqabilində qazancları da bizə sirr qaldı. Məlumatlara görə, bu cür binaların şüşələrinin silinməsinin hər kvadrat metri 9 dollardan ucuz deyil. İstənilən halda, gözəllik qurban tələb edir. Bina tikilibsə, deməli nazını da çəkməliyik. Özü də elə çəkməliyik ki, təkcə gecələr yox, həm də gündüzlər göz oxşasın.

Xatırladım ki, hündürlüyünə və memarlıq üslubuna görə, “Alov qüllələri dünyanın ən gözəl 12 tikilisi arasında 6-cı yerdə qərarlaşıb. Birinci yeri Londondakı “Şard” qülləsi tutub.

ANS TV

Xəbər lenti

DAHA ÇOX XƏBƏR