Bu günə olan hava proqnozu
Bizi izləyin

Qırmızı.az

Bu günə olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 18-23°, gündüz 30-35° isti, Bakıda gecə 19-21°, gündüz 33-35° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 35-45 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25°, Türkan, Hövsan, Şıx və Sahildə 25-26° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gün ərzində hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır. Temperaturun gecə 15-20°, gündüz 30-35°, bəzi yerlərdə 37° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəy rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.Temperaturun gecə 11-16°, gündüz 22-27° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, FüzuliCəbrayıl rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 19-24°, gündüz 31-36° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, XaçmazQusar rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperaturun gecə 18-23°, gündüz 28-33°, bəzi yerlərdə 35° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, SalyanNeftçala rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 19-24°, gündüz 31-36°, bəzi yerlərdə 38° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, LənkəranAstara rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 17-21°, gündüz 30-35° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

İyunun 21-22-də Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm