“Azərbaycan – doğma diyar” festivalı keçiriləcək
Bizi izləyin

Qırmızı.az

“Azərbaycan – doğma diyar” festivalı keçiriləcək

İyunun 23-dən 25-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə milli azlıqların “Azərbaycan - doğma diyar” devizi altında IV respublika festivalı keçiriləcəkdir.

İyunun 23-dən 25-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə milli azlıqların “Azərbaycan - doğma diyar” devizi altında IV respublika festivalı keçiriləcəkdir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, festivala qatılmış bədii kollektivlərin çıxışları Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında, qala konserti isə Azərbaycan Dövlət Musiqili Teatrında təşkil olunacaqdır.

Festival günlərində Muzey Mərkəzində milli azlıqların həyat və yaşayış tərzini əks etdirən “Bir ailədə” adlı fotosərginin və “Azərbaycanda etnik mədəni müxtəliflik və multikultural ənənələr” mövzusunda “dəyirmi masa”nın təşkili nəzərdə tutulmuşdur.

Festival çərçivəsində tirajı 1000 nüsxə olmaqla Azərbaycan, ingilis, rus, fransız, alman dillərində “Azərbaycanda yaşayan milli azlıqların mahnıları” diskinin buraxılması da planlaşdırılıb.

Bu festival Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-cı ildən keçirilir. Ötən müddət ərzində festivallar çərçivəsində Azərbaycan etnik musiqisinə həsr olunmuş nəşrlər hazırlanmış, görkəmli alimlərin iştirakı ilə azsaylı xalqların və etnik qrupların mədəni irsinin qorunması mövzularında elmi konfranslar keçirilmiş, onların həyat və yaşayış tərzini əks etdirən fotosərgilər təşkil edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm