Qırmızı.az
Bakıda dəmir yolu deposunda yanğın baş verib
Gecə Bakı Binəqədi rayonu Biləcəri qəsəbəsində yanğın baş verib. Hadisə lokomativ dəmir yolunun deposunun ərazisində qeydə alınıb.
Hadisə qəsəbə ərazisində yerləşən dəmir yolu deposundakı məişət
tullantılarının olduğu yerdə baş verib. Hadisə barədə əvvəlcə
əraziyə yaxın yerdə məskunlaşan qaçqın və məcburi köçkünlər xəbər
tutub. Alovun miqyası böyük olduğundan hadisə yerinə Fövqəladə
Hallar Nazirliyinin yangından mühafizə xidmətinin yangın
söndürənləri cəlb olunub. Yangının qarşısını tam almaq üçün əraziyə
əlavə olaraq canlı qüvvə və texnika çağrılıb.
Görülən tədbirlər nəticəsində yanğının yaxınlıqda yerləşən yaşayış
evlərinə və daha geniş ərazini əhatə etməsinə imkan verilməyib.
Alovun qarşısı yanğınsöndürənlər tərəfindən vaxtında alınıb.
Araşdırma zamanı məlum olub ki, yanğın zamanı təqribən 60 kv metr
ərazi yanıb. İlkin ehtimala görə yanğın hadisəsi ehtiyatsızlıq
səbəbindən, yəni məişət tullantılarının atıldığı ərazidə odla
düzgün rəftar edilməməsinə görə baş verib. Daha dəqiq səbəblərə isə
hadisə ilə bağlı başlanan araşdırmalardan sonra aydınlıq
gətiriləcək. /Ans/
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub