• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bakı və 8 rayon qazsız qalacaq

Bakı və 8 rayon qazsız qalacaq

Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 14:00-dan 16:00-dək Zaqatala, saat 16:00-dan 18:00-dək Balakən, saat 18:00-dək Tovuz rayonlarının bir hissəsinə qaz verilişində məhdudiyyətlər olacaq.

Həmçinin mövcud qaz kəmərinin mənbəyə birləşdirilməsi, yenidənqurma, təmir-profilaktika işlərinin görülməsi ilə əlaqədar saat 15:00-dək Qəbələ, saat 17:00-dək Ağsu, saat 18:00-dək Nərimanov, Şamaxı və Lənkəran, saat 14:00-dan 18:00-dək Şəmkir, işlər başa çatanadək isə Nəsimi, Yasamal və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR