30 yaşlı gənc dənizdə boğuldu
Bizi izləyin

Qırmızı.az

30 yaşlı gənc dənizdə boğuldu

Bakı çimərliyində bir nəfərin boğulmuş halda meydi dənizdən çıxarılıb.

1984-cü il təvəllüdlü İskəndərov Vidadinin ötən gün Bilgəh çimərliyində dənizdə çimərkən boğulub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinə cəlb edilib.

Mərhumun cəsədi bu gün səhər saat 08:20 radələrində sudan çıxarılaraq, aidiyyatı üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm