"Azərbaycan gözəli"nə ölkədən çıxmaq qadağan edilib
Bizi izləyin

Qırmızı.az

"Azərbaycan gözəli"nə ölkədən çıxmaq qadağan edilib

“Miss Azerbaijan2014” gözəllik müsabiqəsinin qalibi Cavidan Qurbanovaya ölkədən kənara çıxmağa qadağa qoyulub.

AzVision.az-ın əldə etdiyi məlumata görə, C.Qurbanova xuliqanlıq maddəsi ilə ittiham olunduğundan onun ölkədən kənara çıxmasına icazə verilmir.

Belə ki, C.Qurbanovaya xuliqanlıq maddəsi ilə 4 il icbari iş verilibmiş. Hazırda isə onun 2 ili qaldığından ölkədən kənara çıxa bilmir.

C.Qurbanovanın icbari iş almasından “Miss Azerbaijan – 2014” müsabiqənin təşkilatçıları xəbərsiz olub. Hazırda onun “Azərbaycanı "Bəşəriyyət gözəli – 2014” (Miss Universe 2014) müsabiqəsində kimin təmsil edəcəyi sual altındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm