625 kq-dan artıq narkotik maddə məhv edildi
Bizi izləyin

Qırmızı.az

625 kq-dan artıq narkotik maddə məhv edildi

Bu gün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası Bünyad Sərdarov adına maşınqayırma zavodunda məhkəmə qərarları əsasında müsadirə edilmiş narkotik vasitələri yandıraraq məhv edib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təmsilçisi Fəqan Şahverdiyev Publika.az-a bildirib ki, 161 məhkəmə hökmünə əsasən 625 kq-dan artıq narkotik maddə məhv edilib. Yandırılıan narkotik maddələrindən 31 kq-ı heroin, 176 kq-ı marixuana, 209 kq-ı həşiş, həşiş qətranı, 55 kq-ı tiryək, 119 kq-ı çətənə kolları, 13 kq-ı xaş-xaş, 19 kq-ı psixotorip maddələr olub.

Bildirib ki, yandırılan narkotik maddələrin qara bazarda dəyəri təxminən 7 milyon AZN civarındadır.

"Cari ilin 5 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən 1527 cinayət faktı üzrə 473 kq-dan artıq narkotik maddə müsadirə olunubr. Həmçinin 18 tondan artıq narkotik xassəli bitkilər yığılaraq məhv edilib.”

F. Şahverdiyev qeyd edib ki, Səhiyyə Nazirliyinin 2014-cü il 1 yanvar tarixli açıqlamasına görə, bu gün Azərbaycanda narkomanların sayı respublika üzrə 28376 nəfəri təşkil edir.

Onun sözlərinə görə 2-3 dəfə narkotik maddələr yandırılaraq məhv edilir. Həmçinin respublikanın 76 rayonunun da aidyiyyəti orqanlarının müsadirə etdikləri narkotik vasitələr məhv edilib.

Sonda F.Şahverdiyev ötən il narkotik maddələrin dövruiyyədən çıxarılması zamanı baş verən nöqsanlara da toxunub. Bildirb ki, anlaşılmazlıqdan narkotik maddə əvəzinə “proşok” yandırılıb və bu fakt aşkarlanıb:

“Bu fakt haqqında Komissiyaya məruzə edilib. Bu işdə təqsrli bilinən qurumlar öz cəzasını alıblar”

Qeyd edək ki, MT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur.

Səid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm