Qırmızı.az
Bir neçə hakimi vəzifəsindən azad edildi
Milli Məclisin (MM) bu gün keçirilən iclasında bir sıra hakimlərin vəzifəsindən azad olunması, eyni zamanda hakim təyinatı müzakirə edilib.
Bununla bağlı dövlət başçısı İlham Əliyevin təqdimatı barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Bildirilib ki, Prezident İlham Əliyevin təqdimatı ilə MM Bakı Apellyasiya Məhkəməsinin hakimi Natiq Mehdi oğlu Abbasovu, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Zamin Vəliyəddin oğlu İbrahimovu və Şəki Apellyasiya Məhkəməsinin hakimi İnşallah Fərman oğlu Quliyevi öz ərizələri ilə vəzifədən azad edib.
O cümlədən Ali Məhkəmənin hakimi İnqilab Maşallah oğlu Nəsirovun səlahiyyət müddətinin uzadılması barədə təqdimata baxılıb. Qeyd olunub ki, İ. Nəsirov uzun illərdir ki, hüquq-mühafizə orqanlarında, o cümlədən Mərkəzi Seçki Komissiyasında çalışıb. O hazırda Ali Məhkəmənin hakimidir və səlahiyyət müddəti iyunun 25-də başa çatır. Prezident İlham Əliyev onun yenidən hakim təyin edilməsi barədə MM-ə təqdimat göndərib. Bundan başqa, MM-ə Zərbəli Şirinbala oğlu Zərbəliyev Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi barədə də təqdimat daxil olub.
Bütün təqdimatlar səsə qoyularaq təsdiq olunub.
Asif
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!