Fərdi ev tikənlər üçün maraqlı xəbər
Bizi izləyin

Qırmızı.az

Fərdi ev tikənlər üçün maraqlı xəbər


Azərbaycanda tikintisi üçün icazənin tələb olunmadığı yaşayış binaları ilə bağlı qanunvericiliyə yeni əlavə edilib.

Publika.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, barəsində məlumatlandırma icraatı təqdim edilən yaşayış evlərinin ara məsafəsi divarın hündürlüyünün 0,3 hissəsini təşkil etməlidir.

Məlumatlandırma icraatı mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırmalarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi zamanı tətbiq edilir. Belə binaların tikinti layihəsi üçün yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Onların tikintisinə icazənin verilməsi tələb olunmur.


Qeyd edək ki, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir.

Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm