Metroda zibili cibinizə atın - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Metroda zibili cibinizə atın - FOTOLAR

Hər gün minlərlə insan metro stansiyalarından istifadə edir. İctimai yerlədə davranış hərəkətləri ilə hamı öz kimliyini göstərir. Bu da, təbii məsələdir ki, hamıda eyni ola bilməz. Məsələn, metro stansiyasında qatarın relsində hər hansı tullantı əşyanı, stansiyanın platformasında kağız-kuğuz və s. zir-zibil gördükdə kimi qınayacağını bilmirsən.

Bəzi sərnişinlər şikayət edirlər ki, metro stansiyasında zibil qutularının olması vacibdir. Əgər stansiyalarda zibil qutuları olsa, kimsə əlindəki zibili, tullantını yerə, yaxud relsə atmaz, zibil qutusuna atar.

Müşahidələrimiz əsasında bəlli oldu ki, yayın isti günündə suyu içdikdən sonra boş qabı əlində saxlamaq istəməyən gənc onu atmağa yer gəzir. Stansiyada münasib yer axtarır. Sonda yerə atır. Yaxınlaşıb onu niyə yerə atdığını soruşdum:

“Bəs hara atım? Əlimdə saxlayası deyiləm ki. Zibil qutusu olsaydı atardım. Qatarda camaat mənə baxa-baxa boş qabı əlimdə saxlayası deyiləm ki. Utanıram. Yaxşı olar ki, stansiyalarda zibil qutuları yerləşdirsinlər, sərnişinlər də təmizliyə lazımı qədər riayət etsinlər”.

Kimisi stansiyanı zibilləməyi çıxış yolu kimi görsə də, kimisi bunun əleyhinə oldu. Ceyhun adlı sərnişin suyu içdikdən sonra boş qabı sadəcə əlində saxlamışdı:

“İçdikdən sonra qabı zibil qutusuna atmalıyam, zibi qutusu da burada yoxdu deyə, metrodan çıxmağımı gözlyirəm. Çıxan kimi atacam”.

Qeyd edək ki, metro stansiyalarında gün ərzində təmizlik işləri aparan xadimələr də bu işdə çox əziyyət çəkirlər. "İnşaatçılar" metrosunda adını çəkmək istəməyən xadimə qeyd etdi ki, sərnişinlər metro stansiyalarında təmizliyə riayət etsələr, çox yaxşı olar:

“Düzdür, bizim işimiz buranı təmizləməkdir. Amma bu, sərnişinlərin buranı zibilləməsinə haqq vermir. Biz də çətinlik çəkirik. Zibil qutuları olsa da, olmasa da, bizim üçün fərqi yoxdur. Onsuz biz zibilləri yığırıq, gəlib aparırlar ”.

Onu da qeyd edək ki, zibil qutuları bəzi metroların bayır-çıxışında olsa da, "Gənclik" metrosunun çıxışında zibil qutuları görmədik.

Bütün bu məsələlərlə bağlı Metropolitenin mətbuat xidməti ilə əlaqə saxladıq.Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məsələyə aydınlıq gətirdi. O qeyd etdi ki, metro stansiyalarında zibil qutularının yerləşdirilməsi qətiyyən nəzərdə tutulmayıb:

“Bu iş bizim planlarımızda yer almayıb. Çünki bu da təhlıükəsizlik məsələləri ilə bağlıdır. Sərnişin özü də bilməlidir ki, stansiyaları zibilləmək olmaz. Çünki metro stansiyaları sərnişinlərin ümumi istifadəsindədir. Bu cür hərkət digər sərnişinlər üçün narahatlıq yarada bilər. Metro stansiyalarının çıxışında bayırda zibil qutuları var, çıxan kimi ora ata bilərlər. Stansiyanı zibilləmək istəyəınlər də bilsinlər ki, stansiya onların evidir. Stansiyalarda elanlar yazılıb vurulub ki, zibilləmək olmaz”.

Səid Qərib

Oxumağa davam et
Reklam
Reklam

Gündəm