Buraxılış imtahanlarında "2" alanların sayı açıqlandı
Bizi izləyin

Qırmızı.az

Buraxılış imtahanlarında "2" alanların sayı açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də keçirilmiş növbəti buraxılış imtahanının statistik nəticələrini və şagirdlərin aldıqları qiymətləri açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, buraxılış imtahanında 22132 IX sinif şagirdi iştirak edib. Onlardan 941-i “Ana dili”, 1826-sı isə “Riyaziyyat” fənnindən “5 qiyməti alıb. Şagirdlərin 2872-nin “Ana dili”, 3139-nun “Riyaziyyat” fənnindən qiyməti “4”, 11240-nın “Ana dili”, 8454-nün “Riyaziyyat” fənnindən qiyməti “3”, 7079-nun “Ana dili”, 8713-nün isə “Riyaziyyat” fənnindən qiyməti “2” olub.

İyunun 18-də 11 illik təhsil bazasında keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumatlara gəlincə, imtahanlarda 15475 XI sinif şagirdi iştirak edib. Onlardan da 2135-i “Ana dili” 1973-ü “Riyaziyyat” fənnindən “5”, 3206-sı “Ana dili”, 3473-ü “Riyaziyyat” fənnindən “4”, 6694-ü “Ana dili”, 5586-sı “Riyaziyyat” fənnindən “3”, 3440-ı “Ana dili”, 4443-ü isə “Riyaziyyat” fənnindən “2” qiyməti alıb.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 18-də Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarında orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirmişdir. Həmin gün Bakı şəhərində Respublika Olimpiya İdman liseyinin 9 və 11-ci sinif şagirdləri də buraxılış imtahanı vermişlər. Həmin imtahanların nəticələr iyun ayının 20-də saat 14:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm