Qırmızı.az
Azərbaycanda təzə gəlin yoxa çıxdı (TƏFƏRRÜAT, FOTO)
Göyçayda yenicə ailə quran 19 yaşlı gəlin evdən qaçıb. Bu barədə gəlinin atası Məzahir İsmayılov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, qızı, 1995-ci il təvəllüdlü Zemfira Məzahir qızı İsmayılova iyunun 9-də gəlin köçdüyü ər evindən naməlum istiqamətə çıxıb və geri qayıtmayıb. Atanın sözlərinə görə, qızı evdən çıxarkən şəxsiyyət vəsiqəsini də götürübmüş.
Qeyd edək ki, 19 yaşlı Zemfira İsmayılova bu ilin fevral ayında
Göyçay rayonuna gəlin köçüb. Qızını uzaq qohumları 1985-ci il
təvəllüdlü Elçin Səyavuş oğlu Abbasova veriblər. Ərə gedəndən sonra
qızının ər evində hər şey qaydasında olub. Lakin sonradan
Zemfiranın qayınanası ilə problemləri yaranıb.
İyun ayının 9-da isə Elçin qayınatasına zəng vuraraq arvadının
evdən qaçdığını deyib.
“Əvvəldən qız Elçinə getmək istəmirdi. Nişanlanandan sonra xəbər
tutmuşdu ki, Elçin evli olub və uşağı da var. Lakin sonradan
aralarında razılığa gəlib evləndilər. Hər şey qaydasında idi.
Kürəkənim mənə zəng vurub deyəndə ki, qızın qaçıb, şoka düşdüm”, –
deyə atası Məzahir İsmayılov vurğuladı.
Məzahir İsmayılov onu da əlavə etdi ki, Elçin sonradan Zemfiranın
onu aldatdığı barədə bildirib. Kürəkənin iddiasına görə, Zemfira
İsmayılova “Facebook” sosial şəbəkəsində başqa biri ilə danışırmış.
Sonradan qadının mobil telefon vasitəsilə elə həmin şəxslə də
mesajlaşdığını biliblər.
“Elçin əvvəlcə dedi ki, guya, Zemfira evdən gedən zaman evdəki
qızılları da aparıb. Amma sonra kürəkənim bildirdi ki, əslində qız
ancaq şəxsiyyət vəsiqəsini götürüb. Qızılları isə götürməyib”, –
deyə Məzahir İsmayılov əlavə edib.
Məsələyə aydınlıq gətirmək üçün Zemfira İsmayılovanın həyat yoldaşı Elçin Abbasovla əlaqə saxladıq. Elçin Abbasovun ANS PRESS-ə verdiyi məlumata görə, evləndiyi gündən bu günə qədər heç bir problem yaranmayıb. Qadın nə istəyirmiş, əri onu yerinə yetirib.
“Zemfiranın evdən qaçması mənə çox pis təsir etdi. Mən özüm hüquq
işçisiyəm. Araşdırmalar apardım. Demə, Zemfira telefon vasitəsilə
vaxtilə istədiyi bir oğlanla mesajlaşırmış. Sonradan öyrəndim ki,
demə, Zemfiranın “Facebook”da gizlin akauntu varmış. Mən evdən
çıxandan sonra həmin oğlanla danışırmış”, – deyə Elçin Abbasov
bildirdi.
O deyir ki, arvadının “Facebook”da olması heç ağlına da gəlməyib.
Bundan qəzəblənən ər arvadından boşanmaq üçün məhkəməyə müraciət
edib.
Qeyd edək ki, Zemfira Məzahir qızı İsmayılova evdən çıxarkən
əyninda sarı kofta, qəhvəyi şalvar olub. Elə həmin geyimi də Elçin
Abbasov arvadının xahişi ilə alıb.
Məsələ ilə əlaqədar rayon polis şöbəsinin təhqiqatçısı Kamran
Vəliyevlə əlaqə saxladıq. Onun ANS PRESS-ə verdiyi məlumata görə,
Zemfira İsmayılovanın axtarışlarına başlanıb. Aparılan
araşdırmalardan sonra, ehtimal olunur ki, Zemfira İsmayılova
sevdiyi başqa bir kişi ilə qaçıb.
“Sosial şəbəkələrdə kimləsə danışırmış. Bundan başqa, onun
telefonuna əlavə nömrələrdən zənglər də olub. Demə Elçinlə Zemfira
nişanlı olan vaxt, başqa bir oğlan olub. Həmin adam Elçinə deyibmiş
ki, Zemfiranı sevir. Lakin Elçin buna fikir verməyib. İndi
çalışırıq qadını tapaq”, – deyə Kamran Vəliyev vurğuladı.
Hazırda qızın həm regionalarda, həm də Bakıda tapılması üçün polis
axtarışlara başalyıb. ANS PRESS olaraq itkin düşən Zemfira
İsmayılovanın fotolarını təqdim edirik. Bəlkə, bu, gənc gəlinin
tapılmasına kömək etdi.
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...