• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ümumdünya Qaçqınlar günü Bakıda qeyd olundu – Fotolar

Ümumdünya Qaçqınlar günü Bakıda qeyd olundu – Fotolar

“BMT Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) açıqladığı hesabat göstərir ki, II Dünya müharibəsindən sonrakı dövrdə ilk dəfə dünyada qaçqınların sığınacaq axtaranların, məcburi köçkünlərin sayı 50 milyon nəfəri ötüb”. Bunu Ümumdünya Qaçqınlar Günü ilə bağlı keçirilən tədbirdə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

O bildirib ki, 2013-cu ilin sonunadək 51,2 milyon nəfər didərginə çevrilib. Bu da 2012-ci ildə qeydə alınmış 45,2 milyon nəfərdən 6 milyon çoxdur:

“Bu artım əsasən Suriyadan qaynaqlanıb. Müharibə ucbatından ötən ilin sonunda 2,5 milyon nəfər qaçqına, 6,5 milyon nəfər məcburi köçkünə çevrilib”.

Ə.Həsənov bildirib ki, bütün dünyada qaçqınların sayı 16,7 milyon nəfərdir. Onlardan 11,7 milyon nəfəri BMT QAK-ın himayəsi altındadır:

“Ümumiyyətlə, BMT QAK-ın himayəsi altında olan ən çox qaçqın əhali mənşə ölkəsi üzrə götürüldükdə əfqanlar, suriyalılar, somalilərdir. Pakistan, İran və Livan digər ölkələrə nisbətən daha çox qaçqın qəbul edib. Regionlar üzrə götürdükdə Asiya və Sakit Okean regionunda qaçqın əhalinin sayı daha çoxdur”.

Ə.Həsənovun sözlərinə görə, ümumilikdə qaçqınların sayı 3,5 milyon nəfərdir. Bütün dünyada bu gün qaçqınlar günü kimi qeyd edilir. BMT-nin qaçqınlar üzrə ali komissarlığı Azərbaycana xüsusi diqqət edir. BMT-nin təşkilatları tərəfindən qanunvericiliyə zidd addımlar olmayıb.

Leyla

Xəbər lenti

DAHA ÇOX XƏBƏR