Nobel prospektində 3 maşın toqquşdu: xəsarət alanlar var
Bizi izləyin

Qırmızı.az

Nobel prospektində 3 maşın toqquşdu: xəsarət alanlar var

Bakıda zəncirvari qəza olub, xəsarət alanlar var.

Xətai Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumta görə, bü gün günorta saatlarında Nobel prospektində qarşı-qarşıya hərəkət edən iki “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində qəza hadisəsi baş verib. Qəza nəticəsində avtomobillər yolu kəsdiyindən yüksək sürətlə hərəkət edən “Jiquli” markalı avtomobil qəza törədən maşınlarla toqquşub.

Hadisə nəticəsində hər iki ”Mercedes”in sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Publika.az-a verilən məlumata görə, Nobel prospektində baş vermiş qəzada xəsarət alan sürücülərdən biri – "Mercedes" markalı avtomobilin sürücüsü hazırda xəstəxanadadır. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Səid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm