Minik və yük avtomobili toqquşdu - sürücü öldü
Bizi izləyin

Qırmızı.az

Minik və yük avtomobili toqquşdu - sürücü öldü

Sumqayıt şəhəri, Bakı-Quba yolunun 51-ci kilometrliyində "HYUNDAI" markalı minik avtomobili və "KAMAZ" markalı yük avtomobili toqquşub.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü hadisə yerində ölmüş və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər sürücünün cəsədini müvafiq qaydada nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verilib həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm