Tiflis Bakıya niyə nota verdi - Fransa məmurundan şok faktlar
Bizi izləyin

Qırmızı.az

Tiflis Bakıya niyə nota verdi - Fransa məmurundan şok faktlar

Bakı Beynəlxalq hava limanında saxlanılan gürcü deputatlar ətrafında hadisələr getdikcə daha da gərginləşməyə başlayıb.

Axar.az Gürcüstan mediasına istinadən daha bir şok effekti yaradacaq məlumatı diqqətə çatdırır. Belə ki, Fransanın Berjerak şəhəri merinin gürcü məsləhətçisi Nuqzar Sulaşvili sosial şəbəkədə yeni faktlar ortaya qoyub. Sulaşvili bildirib ki, onda hadisənin necə baş verməsi barədə 100 faizlik məlumat var. Ona bu məlumatları Gürcüstandakı vəzifəli dostlarından biri deyib.

Sulaşvili həmin şəxsin adını açıqlamağa ehtiyat edib: “Həmin şəxsin adını açıqlamağa ehtiyat edirəm. Çünki onu dərhal işdən çıxararlar. Gürcüstan Xarici İşlər nazirinin müavinlərindən biri nazir Maya Pancikidzenin göstərişi ilə ölkəsinin Bakıdakı səfirliyinə zəng etməyi tapşırıb. Məqsəd müxalifətdə olan Milli Hərəkat Partiyasını parlamentdə təmsil edən deputatların qeyri-qanuni yolla Gürcüstana külli miqdarda pul keçirmək istəkləri barədə xəbəri səfirin diqqətinə çatdırmaq olub. Səfirə dərhal hərəkətə keçmək və Bakı hava limanında lazımı tədbirlər görmək göstərişi verilib. Səfir isə uyğun olaraq Azərbaycanın aidiyyəti qurumlarını məlumatlandıraraq, köməklik göstərmələrini istəyib. Səfir Azərbaycan tərəfini əmin edib ki, bu, iki ölkə arasında diplomatik qalmaqala deyil, əksinə, onlarda yalnız məmnunluq hissi yaradacaq.

Təbii ki, azərbaycanlı sərhədçilər Zurab Caparidze və İrma Naderaşvilini saxlayaraq, onların üzərində axtarış aparıblar. Gözləntidən fərqli olaraq, onlardan heç nə tapmayıblar. Bu zaman sərhədçilər Azərbyacan Xarici İşlər Nazirliyini və Daxili İşlər Nazirliyini məlumatlandırıblar. Məsələyə kəskin reaksiya verən azərbaycanlı nazir Gürcüstanın Bakıdakı səfirini telefonla arayaraq, yanlış məlumata görə ona etirazını bildirb. Bir neçə saat sonra isə Pancikidzenin özü gürcü səfirini yığıb və onu hədələyərək vəziyyətdən çıxış yollarını tapması göstərişini verib. Əlavə edib ki, əks halda, səfir postunu itirməli olacaq.

Səfir Teymuraz Şarşenidzenin reaksiyası da nazirinə kəskin olub. Əlavə edib ki, bu avantüraya onu elə Pancikidze sürükləyib".

Sulaşvili sonda bildirib ki, hazırda Gürcüstanın müvafiq qurumları çaşqınlıq içindədir.

Xatırladaq ki, Gürcüstan deputatları İrma Nadiraşvili və Zurab Caparidzenin üstündə gömrük bəyannaməsinə salınmamış böyük məbləğdə pul olduğu üçün Bakı Beynəlxalq hava limanında saxlanılıblar. Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze pulun təxminən 1 milyon dollar olduğunu demişdi.

Gürcüstan Xarici İşlər naziri Mayya Pancikidze isə buna görə Azərbaycana bəyanat verildiyini və Azərbaycanın Tiflisdəki səfirinin Gürcüstan XİN-ə çağırıldığını açıqlayıb. O bildirib ki, söhbət deputatlardan gedir: “Gürcüstanın Bakıdakı səfirliyi və Xarici İşlər Nazirliyinin (XİN) konsulluq departamenti məsələni öyrənməlidir. Bununla bağlı konsul və vitse-konsul Azərbaycana gedib ki, yayılan söhbətlərin əsasını öyrənsinlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm