İmtahandan kəsilən gənc müəllim özünü asdı
Bizi izləyin

Qırmızı.az

İmtahandan kəsilən gənc müəllim özünü asdı

Salyan rayonunun Kürsəngi kəndində intihar hadisəsi baş verib.


Virtualaz.org saytının əldə etdiyi məlumata görə, hadisə dünən baş verib.


Müəllimlər arasında keçirilən müsabiqədə zəif nəticə göstərən 1990-cı il təvəllüdlü Nəcəfov İntiqam Səyyar oğlu intihar edib. Sabirabadda müəllim işləyən İntiqam Nəcəfov Təhsil Nazirliyi tərəfindən müəllimlərin yerdəyişməsi üçün keçirilən müsabiqədə iştirak edib.


İ.Nəcəfov müsabiqədən yaxşı nəticə toplayaraq öz kəndlərinə təyinat almaq istəyib. Lakin topladığı nəticə onun bu istəyini reallaşdırmasına yetməyib. Gənc müəllim nişanlısına zəng edərək hallallıq istəyib və telefonu söndürüb. Nişanlısı İ.Nəcəfova təkrar zəng etsə də, zənglərinə cavab ala bilməyib. İ.Nəcəfovun ailəsinə xəbər verildikdə isə artıq gec olub.


Ailəsi gənc müəllimin tövlədə asılmış meyitini tapıb. İ.Nəcəfovun yaxınlarda toyu olacaqmış. Saatlı Rayon Polis Şöbəsindən virtualaz.org saytına faktı təsdiqləyiblər. Xatırladaq ki, iyunun 18-i və 20-də ibtidai sinif müəllimləri arasında müsabiqə keçirilib. Müsabiqədə ingilis dili və informatika, biologiya, coğrafiya və kimya müəllimləri iştirak ediblər. Müsabiqədə ümumi təhsil müəssisələri və peşə liseylərində işləyən müəllimlər bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə üçün yaxşı nəticə toplamalı idilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm