Qırmızı.az
Qənirə Paşayevanın “HESAB VAXTI” təqdim olundu
Millət vəkili, AYB üzvü Qənirə Paşayevanın yeni kitabı işıq üzü görüb.
“Hesab vaxtı” adlanan kitab bugünlərdə respublikamızda qonaq olan, “Azərbaycandan Türk Dünyasına könül körpüsü” Şeir Şölənin nümayəndələrinin iştirakı ilə “Park INN” otelində ədəbi ictimaiyyətə təqdim edilib.
Türkiyədən və İraqdan gəlmiş ədəbiyyatçıları və bütün qonaqları salamlayan xanım Paşayeva, “Hesab vaxtı” adlanan bir nəşrin yazılmasına səbəb olan duyğu və düşüncələrdən söz açaraq, hər kəsin, hər şeyin bir hesab vaxtı olduğunu, heç kimin və heç nəyin o hesab günündən qıraqda qala bilməyəcəyini və bu ilahi məsuliyyətin insana bəxş etdiyi hissləri bu kitab vasitəsi ilə bölüşməyə çalışdığını dedi.
Millət vəkili ilk imzalı kitabını tədbirdə iştirak edən Türkiyənin nüfuzlu şairi, şeirləri və şeirlərinə yazılmış mahnıları Azərbaycanda, digər türksoylu ölkələrdə yaxşı tanınan Camal Safiyə təqdim edib.
Sonra tədbirdə iştirak edən digər qonaq yazarlara, ədəbiyyatşünaslara, habelə Azərbaycan QHT və KİV-lərini təmsil edən onlarla kitabsevərə, yazarlara imzalı kitablar təqdim olunub. Tədbirdə Türkiyənin Azərbaycan Böyükelçiliyinin Kültür-Tanıtma Müşaviri Seyitahmet Arslan, canlı klassik Camal Safi, dr. Şəmsəddin Kuzəçi, şairə Ayşə Paslanmaz və başqaları müəllifə uğurlar diləyib, yeni yaradıcılıq üfüqləri arzulayıblar.
Qeyd edək ki, “Hesab vaxtı” insan, toplum, dünya və Yaradan haqqında; insanlıq, həyat tərzi, münasibətlər sistemi, ilahi eşq, yaradana gedən yol və b. mövzularda iqtibas və örnəklər, ədəbi-fəlsəfi düşüncələr, elmi-ictimai motivli fikirlərlə süslənmiş publisistik yazılardan ibarətdir. Nəfis tərtibatla çıxan kitab, geniş oxucu kütləsi üçün nəzərdə tutulub və oxuyucular artıq kitab mağazalarından əldə edə bilərlər.
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı