Aşurbəy məscidindəki əməliyyatın şok sirri
Bizi izləyin

Qırmızı.az

Aşurbəy məscidindəki əməliyyatın şok sirri

İyunun 20-də Bakının “Ləzgi məscidi”ndə keçirilən əməliyyatla bağlı sensasiyalı xəbər yayılıb.

Axar.az-ın mötəbər qaynaqlardan əldə etdiyi məlumatda iddia olunur ki, əməliyyat zamanı saxlanan sələfilər Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu barəsində də sorğu-sual olunublar. Onlardan sələfilərin Bakıda əsas himayəçilərindən sayılan İsrafil Abutalıbov haqda ifadə alınıb, onunla əlaqələrinin hansı istiqamətdə olması aydınlaşdırılıb.

Bildirilir ki, xüsusi xidmət orqanları İsrafil Abutalıbovun “İraq və Şam İslam Dövləti” terror qruplaşmasına dəstək verməsi, Suriyaya döyüşməyə gedən xəvariclərə şərait yaratması barədə informasiyanı incələyirlər.

Qeyd edək ki, cümə namazı vaxtı İçərişəhərdə yerləşən Aşurbəy məscidində (“Ləzgi məscidi” kimi tanınır) Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşları birgə əməliyyat keçiriblər. Polisə müqavimət göstərən vəhhabilərdən 20-si saxlanılıb.

Əməliyyatla bağlı Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri rəsmi məlumat yaymayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm