Avtobus qəzası ilə bağlı rəsmi məlumat
Bizi izləyin

Qırmızı.az

Avtobus qəzası ilə bağlı rəsmi məlumat

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 10 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyunun 20-də saat 15 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində İran vətəndaşı Vəli Sərbazın idarə etdiyi "Howo" markalı yük avtomobili ilə Bakı şəhər sakini Elşən Allahverdiyevin idarə etdiyi "Iveco" markalı 196 saylı xətt avtobusu toqquşub.

E.Allahverdiyevin 10 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm