Rövnəq Abdullayev Qusara getdi
Bizi izləyin

Qırmızı.az

Rövnəq Abdullayev Qusara getdi

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Qusar rayonuna səfər edib.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Qusar rayonuna səfər edib.

Şirkətdən Publika.az-a verilən məlumata görə, R.Abdullayev bir neçə yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibəti ilə keçirilən tədbirlərdə iştirak edib.

Belə ki, Qusarın Samur qəsəbəsinə, İmamqulukənd kəndinin yeni salınmış yaşayış massivinə və Yeni Tahircal kəndinə təbii qaz verilib.

Sakinləri təbrik edən şirkət prezidenti çıxışında bildirib ki, respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlər bundan sonra da davam etdirələcək.

Qeyd edək ki, ümumilikdə 857 abonenti olan yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə 86,6 kilometr uzunluğunda müxtəlif diametrli qaz kəmərləri, o cümlədən, 7,8 kilometr uzunluğunda daşıyıcı qaz xətti çəkilib.
Hazırda rayonun Kufoba kəndində (85 ev) paylayıcı küçə qaz xətlərinin, Qullar kəndində isə (72 ev) daşıyıcı və paylayıcı küçə qaz xətlərinin çəkilişi işləri aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm