Araz Ağalarov Bakıda brend siqaret buraxacaq
Bizi izləyin

Qırmızı.az

Araz Ağalarov Bakıda brend siqaret buraxacaq

“Crocus ltd” şirkəti öz siqaret markalarını yaratmaq üzərində işləyir.

Crocus ltd” şirkəti öz siqaret markalarını yaratmaq üzərində işləyir.

«Rentabelli istehsal, peşəkar kadrlar və keyfiyyətli məhsul tərəfdarıyıq», - deyə şirkətin Bakı ofisində “Turan”-a bildiriblər.Yanvarda təcrübə istehsalı təşkil edilib. Bundan sonra Keşlədəki müəssisə fəaliyyətini dayandırıb. Kənd Təsərrüfatı Nazirliyi 2013-cü ilin mayında ildə 300 mln ədəd filtrli siqaret istehsalı üçün “Crocus ltd”yə lisenziya verib. Müəssisə “European Tobacco-Baku ASC-nin ərazisində yerləşir.

“Crocus ltd” MMC Azərbaycana siqaret idxal edən 3 şirkətdən biridir. Şirkət 2004-cü ildə Bakıda qeydiyyata alınıb. Baş ofisi Dərnəgül şossesindədir. Şirkət Araz Ağalarova məxsus “Crocus International” (Rusiya) qrupunun törəmə strukturudur. Dövlətstatkoma görə, bu ilin 5 ayında Azərbaycanda 9 953,3 min manatlıq tütün məmulatı istehsal edilib. Bu, ötən ilinn eyni dövründəkindən 36,8% çoxdur. Cəmi 811 mln ədəd siqaret buraxılıb (+37,4%). Məhsulun hamısı satılıb. Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ilin 5 ayında ölkəyə $149,3 mln məbləğində tütün və tütün məmulatı idxal edilib. Bu, ötən ilin eyni dövründəkindən 19,5% çoxdur.

İllik hesablamada siqaretin pərakəndə qiymətləri ilin 5 ayında 14,5% bahalaşıb. Xatırladaq ki, 2013-cü ilin yanvar-mayında siqaret 12,1% bahalaşmışdı. Onu da qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Xidməti bazardakı proseslərə reaksiya vermir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm