Azərbaycanlı qadınlar Dubaya, Türkiyəyə belə aparılır
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı qadınlar Dubaya, Türkiyəyə belə aparılır

Azərbaycan hökuməti qanunvericiliyi sərtləşdirmək və hüquq mühafizə orqanlarının səylərini artırmaqla, ölkədə insan alverinə qarşı mübarizədə irəliliyişə nail olub.

Azərbaycan hökuməti qanunvericiliyi sərtləşdirmək və hüquq mühafizə orqanlarının səylərini artırmaqla, ölkədə insan alverinə qarşı mübarizədə irəliliyişə nail olub.

ANS TV-nin Vaşinqton müxbirinin verdiyi məlumata görə, bu ilki hesabatda Azərbaycan insan alveri ilə mübarizə aparan ölkələr sırasında 2-ci pillədə yer alıb. Bölgə ölkələri arasında Ermənistan isə vəziyyətin kritik olduğu 1-ci kateqoriyadan olan ölkələr səviyyəsinə düşüb.

ABŞ Dövlət Departamentinin hesabatının Azərbaycanla bağlı hissəsində deyilir ki, Azərbaycan icbari əmək və cinsi istismar məqsədilə insan alverinə məruz qalmış kişi, qadın və uşaqlar üçün mənbə, tranzit və istiqamət ölkəsi olaraq qalır. Azərbaycandan olan qadın və uşaqlar seksual istismar məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə, Türkiyəyə, Rusiyaya və İrana göndərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm