Vasif Talıbov taxıl zəmisində - FOTO
Bizi izləyin

Qırmızı.az

Vasif Talıbov taxıl zəmisində - FOTO

İyunun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Bərəkət” Toxumçuluq Təsərrüfatının taxıl əkini sahəsinə gəlmiş, taxıl biçininin gedişi ilə maraqlanıb.

İyunun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Bərəkət” Toxumçuluq Təsərrüfatının taxıl əkini sahəsinə gəlmiş, taxıl biçininin gedişi ilə maraqlanıb.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev məlumat verib ki, ötən il “Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün ayrılan sahədə torpağın münbitliyinin artırılması məqsədilə meliorativ tədbirlər həyata keçirilib, şoranlaşmanın qarşısı alınmış və yeni suvarma xətti çəkilib. 400 hektar sahədə şırım üsulu ilə yerli iqlim şəraitinə uyğun məhsuldar “Quality” toxum sortu əkilib.

Biçinə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 6 kombaynı cəlb olunub. Hazırda hər hektardan məhsuldarlıq orta hesabla 20 sentnerdir. /Qafqazinfo/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm