Avtomobil oğruları tutuldu
Bizi izləyin

Qırmızı.az

Avtomobil oğruları tutuldu

Avtomobil oğruları saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Avtomobil oğruları saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Abşeron rayonunda Saleh Allahquliyevə məxsus “Daewoo” markalı avtomobil oğurlanıb.

Oğurluqda şübhəli bilinən Xırdalan şəhər sakini Hafiz Baxışov rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Suraxanı rayonunda isə Gürcüstan vətəndaşı Eyvaz İsmayılova məxsus “VAZ-2106” markalı avtomobil oğurlanıb.

Rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Əşrəfəli Mürşüdov və Andrey Maxov yaxalanıblar.

Faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm