Kamal Abdulla Cümə məscidinə getdi
Bizi izləyin

Qırmızı.az

Kamal Abdulla Cümə məscidinə getdi

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində rayon ziyalıları ilə görüş keçirib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində rayon ziyalıları ilə görüş keçirib.

Görüşdə Azərbaycanda etnik-dini durum barədə ətraflı fikir mübadiləsi aparılıb, ölkədə tarixən müxtəlif millətlər arasında dostluq münasibətlərinin, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun, çoxəsrlik ənənələrə malik tolerantlıq mühitinin, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyü vurğulanıb.

Diskussiya xarakterli görüşdə rayon ziyalıları müxtəlif təkliflər irəli sürüblər.

Sonra dövlət müşaviri Tərtər şəhərindəki Cümə məscidində rayon dindarları ilə görüşüb. /Qafqazinfo/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm