Qırmızı.az
Azərbaycanda sabah hava qeyri-sabit olacaq
Həftəsonu Azərbaycanda qeyri-sabit hava şəraiti höküm sürəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata
görə, iyunun 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən
buludlu olacağı, arabir tutulacağı gözlənilir. Güclü şimal-qərb
küləyi əsəcək.
Havanın temperaturunun gecə 18-23, gündüz 25-30 dərəcə isti olacağı
gözlənilir. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə
sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz
təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Mərdəkan,
Şüvəlan, Buzovnada 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə
isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə gecə və axşam saatlarında şimşək
çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, dolu
düşəcəyi ehtimalı var. Güclü qərb, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 19-24, gündüz 30-35, dağlarda gecə
11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB