Güclü külək Bakıdakı ən hündür bayrağı cırdı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Güclü külək Bakıdakı ən hündür bayrağı cırdı - FOTOLAR

Bakıda güclü küləyin əsməsi fəsadsız ötüşməyib.

Bakıda güclü küləyin əsməsi fəsadsız ötüşməyib.

Azxeber.com-un elektron ünvanına göndərilən fotolar bu gün səhər saatlarında çəkilib.

Ötən axşamdan başlayan güclü küləyin əsməsi növbəti dəfə Dövlət Bayrağı Meydanında dalğalanan üçrəngli Azərbaycan bayrağını cırıb.

Əsasən güclü küləyin əsməsi zamanı küləyin bayrağı cırmaması üçün bayraq aşağı endirilir. Ancaq fotolardan da göründüyü kimi, bayraq aşağı endirilsə də onun mühafizəsi təmin edilməyib. Nəticədə külək 162 metr hündürlüyü olan bayrağa ziyan verib.

Qeyd edək ki, meydandakı bayrağın çəkisi 350 kiloqramdır. İnşa olunmuş dayağın hündürlüyü isə 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri isə 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. “Ginnes”in dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm