Bakıda mənzildə qadın meyiti tapılıb
Bizi izləyin

Qırmızı.az

Bakıda mənzildə qadın meyiti tapılıb

Bakıda mənzildə qadın meyiti tapılıb.

Bakıda mənzildə qadın meyiti tapılıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhəri, Suraxanı rayonunda 1938-ci il təvəllüdlü Elmira Əbdülrəhman qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə "112"-yə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilə pəncərənin dəmir barmaqlıqlarını kəsərək daxil olublar. . Mənzilə baxış keçirilərkən E.Əbdülrəhman qızı huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində E.Əbdülrəhman qızının vəfat etdiyi müəyyən olunub.

Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm