Statistika Komitəsi sədrinin son statistikası (YENİLƏNİB - 2)
Bizi izləyin

Qırmızı.az

Statistika Komitəsi sədrinin son statistikası (YENİLƏNİB - 2)

Bu dəqiqələrdə dünyasını dəyişmiş Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev evində vida mərasimi keçirilir. Mərasimdə dövlət və hökümət nümayəndələri iştirak edir.

Statistika Komitəsi sədrinin son statistikası

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev 2014-cü il iyunun 22-də ömrünün 71-ci ilində vəfat edib. DSK A.Vəliyevin həyatı ilə bağlı kiçik statistika açıqlayıb.

Publika.Az DSK-ya istinadən xəbər verir ki, Arif Vəliyev 1943-cü il iyun ayının 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra dövlət statistika sistemində iqtisadçı, baş iqtisadçı, şöbə müdiri işləyib. 1976-1979-cu illərdə Dövlət Statistika Komitəsi sədrinin müavini, 1979-1989-cu illərdə sədrin birinci müavini vəzifəsinədək yüksəlib. 1990-cı ildən 1992-ci ilədək Dövlət Plan Komitəsində, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında çalışıb. 1993-cü ildən vəfat etdiyi günədək Dövlət Statistika Komitəsinin sədri olub. İşlədiyi müddətdə çoxsaylı fəxri ad və ordenlərə layiq görülüb.

Komitədən o da bildirilir ki, ömrünün 50 ilindən çoxunu statistikaya həsr edən edən A.Vəliyev sadə və təvazökar insan olub.

İqtisadiyyat şöbəsi

11:20

Arif Vəliyev İkinci Fəxri Xiyabanda dəfn ediləcək

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gün İkinci Fəxri Xiyabanda dəfn ediləcək. Bu barədə Publika.az-a Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Dəfn mərasimi bu gün saat 15:00-da olacaq. Ailəsinin istəyinə əsasən, A.Vəliyevlə vida evində keçiriləcək. İyunun 25-də mərhumun 3 mərasimi Təzə Pir məscidində təşkil ediləcək.

Gülxar

09:43

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gecə dünyasını dəyişib.

Məlumatı Trend-ə Dövlət Statistika Komitəsindən təsdiq ediblər.

Arif Vəliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Onun dəfni bu gün baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm