Ramanada partlayış oldu
Bizi izləyin

Qırmızı.az

Ramanada partlayış oldu

Bakının Sabunçu rayonu Ramana qəsəbəsində elektrik transformatoru partlayıb.


AzNews.az-a daxil olan məlumata görə, hadisə ötən gün qəsəbənin Südçülük Sovxozu adlanan ərazisində baş verib. Nəticədə böyük bir yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində problem yaranıb.

Sakinlər bildiriblər ki, dünən əraziyə aidiyyəti qurumların əməkdaşlarını çağırsalar da, hələlik problem öz həllini tapmayıb:

“Transformator partlasa da, qəsəbənin bir hissəsində işıq var. Bizə bildirdilər ki, hələ bir neçə gün işıq olmaya bilər. Bu gün yenə də müraciət edəcəyik. Əgər problem həllini tapmasa, daha yuxarı instansiyalara müraciət etmək fikrimiz var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm