Külək 6 nəfəri xəstəxanalıq etdi
Bizi izləyin

Qırmızı.az

Külək 6 nəfəri xəstəxanalıq etdi

Ötən gün Bakıda güclü külək nəticəsində 8 nəfər xəsarət alıb. Onların 6-nın vəziyyəti ağır olduğuna görə xəstəxanaya yerləşdirilib.


Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib.


"Səbail rayonu ərazisində yeni tikilən binadan bir nəfərin başına kərpic, Sabunçu rayon Bilgəh qəsəbəsində isə bir qadın üzərinə şüşə qırıntıları düşüb. Hər iki xəsarət alan şəxsə yerindəcə yardım göstərilib. 6 nəfərin üzərinə isə ağac qırılaraq düşüb. Onlar kəllə-beyin, yuxarı ətrafların zədələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm