Sabah 40 min şagird imtahan verəcək
Bizi izləyin

Qırmızı.az

Sabah 40 min şagird imtahan verəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 24-də orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

Publika.az-ın TQDK-nın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala rayonlarının, həmçinin Gəncə və Mingəçevir şəhərində keçiriləcək.

Qeyd olunan şəhər və rayonlarda imtahanların keçirilməsi üçün 51 imtahan mərkəzi ayrılıb.
Həmin gün saat 10-da IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri imtahan verəcəklər.
Bu imtahanlarda ümumilikdə 40535 şagirdin iştirakı gözlənilir.

9-cu siniflərin buraxılış imtahanında Gəncədə 3009, Mingəçevirdə 1111, Daşkəsəndə 358, Göygöldə 874, Samuxda 726, Naftalanda 59, Goranboyda 1501, Şəmkirdə 2643, Gədəbəydə 1005, Ağstafada 988, Qazaxda 1069, Tovuzda 2166, Şəki 2170, Balakən 936, Qaxda 693, Qəbələdə 1647, Oğuzda 637, Zaqatalada 1383 nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

11-ci siniflərin buraxılış imtahanında Gəncədə 2060, Mingəçevirdə 857, Daşkəsəndə 260, Göygöldə 737, Samuxda 483, Naftalanda 44, Goranboyda 1132, Şəmkirdə 2136, Gədəbəydə 753, Ağstafada 791, Qazaxda 879, Tovuzda 1571, Şəki 1737, Balakən 611, Qaxda 542, Qəbələdə 1383, Oğuzda 488, Zaqatalada 1096 nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

Həm 9-cu, həm də 11-ci siniflərin imtahanlarının idarə edilməsi üçün ümumilikdə 158 imtahan rəhbəri, 2080 nəzarətçi-müəllim ayrılıb.

Hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə təqdim etmiş 9-cu sinif şagirdlərinin orta ixtisas təhsili müəssisələrinə yerləşdirilməsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaqdır. Bununla əlaqədar qəbul qaydaları və qəbul elanı “Abituriyent” jurnalının 3-cü sayında dərc edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm