Alimi öldürən sürücü həbs olundu
Bizi izləyin

Qırmızı.az

Alimi öldürən sürücü həbs olundu

Baş Prokurorluq Gəncədə alimin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilnə məlumata görə, iyunun 20-də saat 23:30 radələrində Gəncə şəhər sakini Məmmədbağır Bağırov idarə etdiyi “Mercedes Benz” markalı, 20-DF-550 dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri, İ.Qayıbov küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Samir Pişnamazzadəni vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.


Faktla bağlı Gəncə şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlayıb.


M.Bağırov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


Hazırda iş üzrə istintaq davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm