Dövlət Komitəsi Koreya ilə Memorandum imzaladı
Bizi izləyin

Qırmızı.az

Dövlət Komitəsi Koreya ilə Memorandum imzaladı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Koreya Respublikasının Koreya Əqli Mülkiyyət Ofisi arasında Anlaşma Memorandumu imzalanıb.

Bu məqsədlə ölkəmizdə səfərdə olan Koreya tərəfdən İk Su Ceon və Seunq Kvan Lini qəbul edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov iki qurum arasında əməkdaşlığın yüksəldiyini və bundan öncə aparılan iş birliyinin nəticələrindən razılığını bildirib.

Görüşdə imzalanmış Anlaşma Memorandumunun icrasının təmin olunması məqsədilə ölkəmizdə sənaye mülkiyyətinin müasir tələblər əsasında Koreya təcrübəsindən bəhrələnərək qurulması, bu istiqamətdə gələcək tədbirlərə dair geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 3 may 2011-ci il tarixində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında "Azərbaycanda əqli mülkiyyət hüquqlarının avtomatlaşdırılması" qrant razılaşması layihəsi üzrə Protokol imzalanmışdır. Adıçəkilən sənəd çərçivəsində müasir avtomatlaşdırma sistemi yaradılmış, sənaye mülkiyyəti hüquqlarının beynəlxalq tələblərə əsaslanan qaydada mühafizəsinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm