BAXCP Əbülfəz Elçibəyin məzarını ziyarət edib
Bizi izləyin

Qırmızı.az

BAXCP Əbülfəz Elçibəyin məzarını ziyarət edib

İyunun 22-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin üzvləri, rayon təşkilatlarının sədrləri və Ali Məclis üzvləri Milli Azadlıq Hərakatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.

Bu barədə Publika.az - a məlumat verən partiyanın mətbuat xidmətindən bildirilib ki, Fəxri Xiyabanda Əbülfəz Elçibəyin ildönümü ilə bağlı keçirilən aksiyada BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev AXC liderinin Azərbaycan tarixində oynadığı mühüm roldan danışıb: "Əbülfəz Elçibəy xalqını, millətini, dövlətini və vətənini təmannasız sevən, Azərbaycan siyasətinə təmizlik və dürüstlük gətirən türk kişisi idi. Onun ideyalarını BAXCP olaraq biz bugün də yaşadırıq və yaşadacağıq. O gün olsun ki, erməni işğalı altında qalan torpaqlarımızı azad edək. Əbülfəz Elçibəyin və şəhidlərimizin ruhu o zaman şad olacaq".

Elçibəyin ruhuna dualar oxunduqdan sonra aksiya iştirakçıları partiyanın mərkəzi qərargahına yollandılar. Burada BAXCP Ali Məclisinin növbəti sessiyası başladı və sessiyada partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyevin ictimai-siyasi vəziyyətlə bağlı çıxışı oldu, təşkilati məsələlər həll edildi. Eyni zamanda, bu il keçiriləcək bələdiyyə seçkilərində BAXCP-nin iştirakı haqqında qərar qəbul olundu və rayon təşkilatlarına seçkilərə hazırlıqla bağlı müvafiq tapşırıqlar verildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm