• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Güclü külək neçə gün davam edəcək?

Güclü külək neçə gün davam edəcək?

İyunun 21-dən 22-nə keçən gecə paytaxtda müşahidə edilən güclü külək bu gün ərzində də davam edəcək. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, bölgələrdə də arabir güclənən qərb küləyi əsəcək. Gecə və axşam saatlarında bəzi dağlıq-dağətəyi rayonlarda şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı ehtimal edilir.

Paytaxtda və bölgələrdə küləkli hava şəraiti iyunun 25-i gündüz saatlarınadək davam edəcək. Bu günlərlə müqayisədə 25-i gündüz saatlarından havanın temperaturu yüksələcək. Mərkəzi Aran rayonlarında gündüz saatlarında 32-37 dərəcə, dağlarda 20-25 dərəcə isti olacaq.

Yaxın iki gün ərzində Abşeron yarımadasında güclü şimal küləyinin güclənməsi meteohəssas insanlarda diskomfort hissi yaradacaq.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR