Köçəryanla şəkil çəkdirən məmur: "Köçəryan həmin dövrdə erməni dilini bilmirdi" (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Köçəryanla şəkil çəkdirən məmur: "Köçəryan həmin dövrdə erməni dilini bilmirdi" (YENİLƏNİB)

“Mən Dağlıq Qarabağ Muxtar Vilayət Komsomol Komitəsində şöbə müdiri işləyərkən Köçəryan da məsləhətçi kimi işləyirdi. Həmin idarədə 100 nəfərdən 97-si erməni idi. Erməni ilə çay içmək, yoldaşlıq etmək həmin dövr üçün bu normal hal idi. R.Köçəryan həmin dövrdə erməni dilini bilmirdi, rusca danışırdı”.

Bu sözləri Publika.az-a açıqamasında Şuşa Rayon İcra Hakimiyyəti Mədəniyyət və Turizm şöbəsinin müdiri Zahid Abbasov Ermənistanın eks-prezidenti Robert Köçəryanla birlikdə yayılmış fotosuna münasibət bildirərkən deyib.

“Köçəryandan başqa həmin şəkildəkilərin hamısı azərbaycanlıdır. Onların hamısı Bakıdadır, vəzifədə çalışırlar. 1980-88-ci illər ərzində R.Köçəryanla birlikdə işləmişik. O, ali məktəbi də rusca bitirmişdi, sakit bir işçi idi, ana dilində bilmirdi. Milli hisslər ondan sonradan qalxdı”, Z.Abbasov deyib.

Gülxar

11:36

Şuşa Rayon İcra Hakimiyyəti Mədəniyyət və Turizm şöbəsinin müdiri Zahid Abbasov və Ermənistanın eks-prezidenti Robert Köçəryanın 1986-cı ildə Yaltada istirahət edərkən bir yerdə çəkilmiş fotosu yayılıb.

Axar.az xəbər verir ki, bu foto Feysbuk sosial şəbəkəsində “Karabakh War Pictures” səhifəsində yerləşdirilib.

Səhifə adminləri məlumatın kiməsə qara yaxmaq üçün paylaşılmadığını deyiblər:

“Qeyd edim ki, bu, heç kimə qara yaxmaq üçün paylaşılmayıb. Nə də olsa, Zahid Abbasov şuşalıdır və erməni dostları olmağı xəyanət və sair kimi yozula bilməz. Danılmaz faktdır ki, vaxtilə Şuşada çox erməni yallanırdı və bu xain Köçəryan da həmçinin... Onu da nəzərə almaq lazımdır ki, Zahid Abbasov Qarabağ müharibəsində 5 il könüllü olaraq döyüşüb”.

Qeyd edək ki, Z.Abbasov Xankəndində vilayət Komsomol Komitəsində işləyərkən Robert Köçəryanla Serj Sərkisyanın müdiri olub. Köhnə dostlar sonuncu dəfə iyirmi il sonra - 2009-cu ilin iyulunda İrəvanda görüşüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm