Qırmızı.az
5731 əlilə və şəhid ailəsinə ev veriləcək
2014-cü il yanvarın 1-dək rayon (şəhər) icra hakimiyyətlərində növbəyə dayanmış, ümumilikdə 5731 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxs və şəhid ailəsi mərhələli şəkildə mənzil və ya fərdi evlə təmin olunacaq. Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin
"Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və
konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş
şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin
yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 20 iyun 2014-cü
il tarixli Sərəncamı qeyd olunan təbəqələrdən olan vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi, onların sosial-məişət
şəraitinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm
irəliləyişlərə nail olunmasını təmin edir. Bu Sərəncam ötən ilin
dekabr ayı da daxil olmaqla möhtərəm dövlət başçısı tərəfindən
sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olan
şəxslərin sosial rifah halının yüksəldilməsi məqsədilə imzalanan
artıq 10-cu sənəddir.
Sərəncam 2014-cü il yanvarın 1-dək rayon (şəhər) icra
hakimiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan qismində növbəyə
dayanmış, ümumilikdə 5731 nəfər Azərbaycan Respublikasının ərazi
bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi
ilə əlaqədar əlil olmuş şəxsin və şəhid ailəsinin 2014-2018-ci
illər ərzində mərhələli şəkildə mənzil və ya fərdi evlə təmin
olunmasını nəzərdə tutur. Sərəncama uyğun olaraq, Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)
müvafiq tədbirlər planı hazırlayaraq, Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla həyata keçirəcək.
Həmçinin, yerli icra hakimiyyəti orqanları ƏƏSMN-nin müraciəti
əsasında əlil və şəhid ailələri üçün fərdi ev tikintisinin
aparılması üçün torpaq sahələrinin ayrılmasını təmin edərək, bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.
Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə cari ilin
əvvəlinədək mənzil növbəsinə dayanmış əlil və şəhid ailələrinin
2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə
təmin edilməsi üçün tələb olunan ilkin vəsaitin Azərbaycan
Respublikasının 2014-cü il dövlət büdcəsindən ayrılmasını, habelə
2015-2018-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi
prosesində zəruri vəsaitin dövlətin əsaslı vəsait qoyuluşunda
nəzərdə tutulmasını təmin etmək tapşırılıb.
Qeyd edək ki, 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlil və
şəhid ailəsi mənzillə təmin edilib. ƏƏSMN Bakı şəhəri və ətraf
qəsəbələrdə yeni mənzillərin satın alınaraq növbədə dayanmış əlil
və şəhid ailələrinə təqdim olunması məqsədilə müvafiq işlər
aparılır.
Azərbaycan Prezidenti İlham Əliyevin əlil və şəhid ailələrinə
davamlı diqqət və qayğısının növbəti nümunəsi olan 20 iyun 2014-cü
il tarixli Sərəncamın yüksək səviyyədə icrasının təmin olunması
üçün ƏƏSMN tərəfindən bütün müvafiq işlər görüləcək.
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq