Dövlət Komitəsi “Aptamil”lə bağlı araşdırma aparır
Bizi izləyin

Qırmızı.az

Dövlət Komitəsi “Aptamil”lə bağlı araşdırma aparır

“Aptamil” uşaq qidası ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tərəfindən araşdırmalar davam etdirilir. Bu barədə Publika.az-a SMPDK-nin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verilib.

Ilkin araşdırma nəticəsində ölkə ərazisində “Aptamil” məhsullarında GMO aşkar edilməyib. Lakin bununla yanaşı araşdırmalar həm paytaxtda, həm də regional idarələrində araşdırma aparılır.

F.Talıblının sözlərinə görə, məhsulun Azərbaycanda satışı ilə bağlı sertifikatı var.

“Aptamil” məhsulları əsasən, Türkiyə Polşa, Portuqaliyadan gətirilir. Komitə rəsmisinin sözlərinə görə, ən son satış məntəqəsinə qədər araşdırma davam edəcək.

Xatırladaq ki, Türkiyənin Qida Əkinçilik və Heyvandarlıq Nazirliyinin keçirdiyi monitorinq zamanı uşaq qidaları ilə bağlı sensasion məqamlar üzə çıxıb. Məlum olub ki, Bakıda da satışda olan “Milupa Aptamil Südlü Taxıl Qarışığı” adlı məhsulda GMO (genetik modifikasiya olunmuş) elementləri aşkarlanıb. 2014-cü ilin fevral ayında da bu uşaq qidası ilə bağlı oxşar situasiya yaranmışdı. Həmin vaxt “Aptamil PDF”i buraxan şirkət öz məhsullarını təcili toplamışdı. Dünya Səhiyyə Təşkilatı (DST) bütün dünya ölkələrinə xəbərdarlıq məktubu göndərib. Həmin xəbərdarlıqda Numil Qida Məhsulları ASC-nin istehsal etdiyi “Aptamil PDF” adlı uşaq yeməklərinin satışını təcili dayandırmaları tələb olunur. Məhsulun tərkibində GMO ilə yanaşı, yod və duzun miqdarının normadan çox olduğu bildirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm