• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Türkiyəli yazar və şairlər Bakıda kitablarını təqdim etdilər - FOTOLAR

Türkiyəli yazar və şairlər Bakıda kitablarını təqdim etdilər - FOTOLAR

Bakıdakı “Park INN” otelində, “Azərbaycandan Türk Dünyasına Könül Körpüsü” tədbirlərində iştirak etmək üçün Azərbaycanda səfərdə olan qardaş Türkiyə və İraqın 15 şair və yazarının millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnistutu” İB, Türkiyənin Azərbaycandakı Böyükelçiliyinin Kültür-Tanıtma Müşavirliyinin, Aşıq Şəmsiq Mədəniyyət Ocağı İB-nin təşkilatçılığı ilə kitablarının təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Türkiyə və İraqı təmsil edən şair və yazıçılar öz yeni kitabları ilə oxucuların, kitabsevərlərin görüşünə gəlmişdi.

Tədbiri açıq elan edən Türkiyənin Azərbaycandakı Böyükelçiliyinin Kültür-Tanıtma Müşaviri Seyitahmet Arslan yazarların sənət və məslək qardaşları olduğunu, özəlliklə, qardaş ölkə yazarlarının bir-biri ilə sözün bütün anlamlarında qardaşlıq telləri ilə bağlı olduğunu və onların birgə tədbirlər keçirməsi, kitablarını təqdim etmələrinin yaddaqalan bir Ədəbiyyat aktı, mədəniyyət hadisəsi kimi qiymətləndirdi.

O, Müşavirliyin həyata keçirdiyi tədbirlərdən, qardaş ölkələrin ortaq mədəni layihələrindən söz açdı, ədəbiyyatın, ümumən mədəniyyətin insanın həyat tərzinə, bütün əməli fəaliyyət sahələrinə nüfuzedici təsiri barədə danışdı, yazarlara uğurlar arzuladı.

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri, millət vəkili Qənirə Paşayeva kitablı cəmiyyət, Azərbaycan cəmiyyətində kitaba bəslənən münasibətin dünəni, bugünü barədə fikirlərini bölüşərək, sabahımızın kitablı, oxulu günlərlə süslənməsini istəyiriksə, həm oxucuya yaxşı kitabların tədim edilməsi, həm də təqdimat prosesinin özünün yaxşı təşkil edilməsi gərəkdiyini vurğulayaraq, cəmiyyətin hazırda kitaba dönüş prosesini keçdiyini dedi.

Xanım Paşayeva Türkiyə və İraqdan gəlmiş yazarların Bakıda kitablarının təqdim olunmasını əlamətdar hadisə hesab etdiyini, belə tədbirlərin qardaşlıq bağlarını daha da möhkəmləndirdiyini, hər kitabın, hər görüşün, hər imzanın bir yeni dost, bir yeni ünvan qazandırdığına inandığını bildirdi.

Türkiyəli şairə Ayişə Paslanmaz, İraq türkmanlarının tanınmış imzalarından olan araşdırmaçı-yazar Şəmsəddin Kuzəci və Cemal Safi, Ayşe Paslanmaz, Yusuf Dursun, Nedim Uçar, Muhsin Durucan, Harika Ufuk, Yunus Kara, Bolat Ünsal, Mehmet Metin Baş, İbrahim Şaşma öz ürək sözlərini bölüşdükdən sonra, A.Paslanmaz və Ş.Kuzəçi tərəfindən təmsil etdikləri ədəbi qurumlar adından Türkiyənin Azərbaycan Böyükelçisi İsmail Alpər Coşğun, müşavir Seyitahmet Arslan və millət vəkili Qənirə Paşayevaya və bir sıra yazarlara, aydınlara, sənəçilərə, QHT-lərə “Xatirə plaketi” və “Onur Bəlgəsi” təqdim olunub. Tədbirdə ustad şairlər Azərbaycan şairi Məmməd Aslan, Türkiyənin tanınmış şairi Camal Safi geniş çıxış etdikdən sonra özlərinin sevilən şeirlərini də tədbir iştirakçılarına oxuyublar.

Tədbirdə həmçinin bir sıra Azərbaycan şairləri və “Azərbaycandan Anadoluya könül körpüsü” şeir şölənində iştirak üçün respublikamıza gəlmiş qardaş ölkə şairləri də öz şeirlərini oxumuşlar. Tədbirin sonunda şairlər oxucular üçün kitablarını imzalayaraq hədiyyə etmişlər.

Daha sonra tədbir tanınmış sənətçilərin musiqili müşayiəti ilə süfrə arxasında davam etmişdir. Tədbirin sonunda Türkiyə və İraqdan gələn qonaqlara təşkilatçılar adından Azərbaycan mədəniyyətini özündə əks etdirən hədiyyələr, tarixizə, həqiqətlərimizə aid materiallar hədiyyə edilmişdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR