Yol çökdü, maşınlar təhlükədə - FOTOLAR (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Yol çökdü, maşınlar təhlükədə - FOTOLAR (YENİLƏNİB)

“Azərsu” Dilarə Əliyeva küçəsi 115 ünvanında yolun çökməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Dilarə Əliyeva küçəsi 115 ünvanında 1950-ci illərdə çəkilmiş 250 mm diametrli çuqun xətdə qəza baş verib: “Nəticədə yolun bir hisəəsi çöküb. Bununla bağlı məlumat daxil olan kimi əraziyə Yasamal Sukanal İdarəsinin qəza-bərpa briqadası cəlb olunub, axan su kanalizasiya lüklərinə yönəldilib, təhlükəsizliyin qorunması üçün ərazidə tədbirlər görülüb və qəzanın aradan qaldırılması işlərinə başlanılıb.


Təəssüf ki, bəzi KİV-lər bu xəbəri ""Azərsu" ASC-nin səhlənkarlığından Bakının mərkəzini su basdı" və buna bənzər başlıqlarla təqdim edirlər. Hörmətli həmkalar, bəlkə qəzanı qəsdən törətmişik və ya bilə-bilə tədbir görmürük. 2 gündür fəsadlar törədən küləyi hansı qurumun səhlənkarlığı ilə izah edək?”

14:17

Bakıda daha bir yol çöküb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Facebook"da Atanur Cəfərli adlı istifadəçi paylaşıb. O bildirib ki, hadisə Dilarə Əliyeva küçəsində olub.


Yolun çökməsi nəticəsində kanalizasiya xətləri də sıradan çıxıb. Mövcud durum avtomobillərin də hərəkətində maneələr yaradıb. Yaranan çuxura düşən avtomobillər evakuatorun yardımı ilə çıxarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm