Ölkənin nüfuzlu qəzet rəhbərləri bir ARAYA GƏLİR
Bizi izləyin

Qırmızı.az

Ölkənin nüfuzlu qəzet rəhbərləri bir ARAYA GƏLİR

Ölkənin nüfuzlu qəzet rəhbərləri bir ARAYA GƏLİR

Bu gün yayım firmaları və qəzet redaktorları görüşəcək. Toplantıda mətbuatın problemləri, qəzetlərin satışına yaranmış maneələr müzakirə ediləcək.


«Ayna»-«Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı Hafta.az-a verdiyi məlumatda görüşün saat 14:00-da, “Ayna” –“Zerkalo” qəzetlərinin redaksiyasında baş tutacağını bildirib.


Qeyd edək ki, ötən il noyabrın 14-də metro stansiyalarından bütün qəzet və kitablar yığışdırılıb, satışa qadağa qoyulub. Bundan sonra qəzetlərin satışına əngəl yaradan daha bir qərar yanvarın 15-i qəbul edildi.

Belə ki, Bakı şəhərinin küçələrində küçə ticarətinə, qəzet və jurnalların səyyar satış nöqtələrinə Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən verilən icazələr ləğv edildi.


Digər bir problem isə “Qasid” yayım firmasının bəzi qəzetlərə satılmış nüsxələr üçün pul verməməsidir. Bununla bağlı sonuncu etiraz aksiyası yanvarın 22-də “Azadlıq” qəzetinin kollektivi tərəfindən, firmanın qarşısında keçirilib.


Müxtəlif redaksiya nümayəndələri satış problemlərinin həll olunmayacağı təqdirdə etiraz nümayişləri keçirəcəklərini və diqqəti bu məsələyə yönəldəcəklərini bəyan ediblər.

Məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət olunması da gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm