Qırmızı.az
Ramiz Mehdiyev narkotiklərlə mübarizədən danışdı
İyunun 19-20-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində Təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin V Beynəlxalq görüşü keçirilib.
Publika.az AzərTAc-a istinadən xəbər verir ki, 61 ölkənin nümayəndələrinin iştirak etdiyi görüşün açılışında Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, həmçinin Rusiya Federasiyası Prezidentinin Povoljye federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi Mixail Babiç çıxış ediblər.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və BMT baş katibinin müavini Yuriy Fedotov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun tədbir iştirakçılarına müraciətlərini oxuyublar.
Görüşdə əsas müzakirə mövzuları narkotiklərin doğurduğu qlobal təhlükə ilə mübarizə və transmilli cinayətkar qruplar tərəfindən qeyri-qanuni miqrasiyadan istifadənin qarşısının alınması sahəsində beynəlxalq əməkdaşlıq olub.
Azərbaycan Respublikasının nümayəndə heyətinə Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev başçılıq
edib.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirdə məruzə ilə çıxış edib. Çıxışda qlobal səviyyədə narkotiklərin qanunsuz dövriyyəsi sahəsindəki yeni təhlükəli meyillər qeyd olunub.
Xüsusilə vurğulanıb ki, hərbi münaqişə zonalarında və "boz zonalar" adlanan – milli və beynəlxalq nəzarətin həyata keçirilmədiyi ərazilərdə narkotik istehsalının genişləndirilməsi narkobiznesin və beynəlxalq terrorçuluğun çiçəklənməsi üçün əlavə əlverişli şərait yaradır.
Qeyd olunub ki, belə "boz zonalar"dan biri Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində və ona bitişik yeddi rayonda yaranmışdır. Bunun nəticəsində Azərbaycan ilə İran arasındakı dövlət sərhədinin Ermənistan tərəfindən nəzarət edilən 132 kilometrlik sahəsi vasitəsilə Avropaya, o cümlədən Qara dəniz hövzəsi ölkələrinə güclü narkotik axını həyata keçirilir.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında görülmüş hərtərəfli tədbirlər və bu sahədə əldə olunmuş uğurlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün geniş Dövlət Proqramı" barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, Baş nazir İldar Xalikov, Tatarıstan Respublikası Prezidenti Aparatının rəhbəri Asqat Səfərov, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və katibin müavini Rəşid Nurqaliyevlə ikitərəfli görüşlər keçirib.
Tatarıstan Prezidenti Rüstəm Minnixanov ilə görüşdə Azərbaycan
Respublikası ilə Tatarıstan Respublikası arasında sıx dostluq
münasibətlərinin olduğu vurğulanıb.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycan Prezidentinin ölkəmizə səfərlə bağlı dəvətini Prezident Minnixanova təqdim edib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay
Patruşevlə görüşdə ikitərəfli əməkdaşlığın inkişafı məsələləri
müzakirə edilib. Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri tədbirin qlobal narkotik təhlükə və
qeyri-qanuni miqrasiya ilə mübarizənin gücləndirilməsində rolunu
yüksək qiymətləndirilib.
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi